Türkiyə Böyük Millət Məclisi Mustafa Necati Mədəniyyət Evində Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada "İşğaldan Öncə və Sonra Qarabağda Üç Nəsil Bir Soyqırım" adlı sərginin açılışı olub. SİA-nın Azərbaycanın Türkiyədəki səfirliyindən aldığı məlumata görə, sərginin rəsmi açılış mərasimini həyata keçirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini və Milliyətçi Hərəkət Partiyasının millət vəkili Meral Akşənər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar sərginin xatirə kitabında Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıblar.
Sərgidə Azərbaycan Respublikasınn Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonra bölgədəki vəziyyəti əks etdirən foto stentlər qurulub, digər əyani vəsaitlər sərgilənib, iştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və jurnallar paylanılıb. Sərgidə Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.
Tədbirdə TÜRKSAM-ın rəhbəri və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan, millət vəkili Elman Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Xocalı sakinləri Rahilə Quliyeva və Ramiz Qəhrəmanov, Səfirliyin əməkdaşları, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər.
Sözügedən sərgi 1 mart tarixinə qədər davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB