Quba-Xınalıq yolu 3 gündür bağlanıb EKSKLÜZİV

Quba-Xınalıq yolu 3 gündür bağlanıb EKSKLÜZİV

Quba-Xınalıq yolu bu gündə açılmayıb. 3 gündür bağlı qalan yol qar uçqunu nəticəsində lap keçilməz olub. Xınalıq, Bostankeş, Cek, Əlik, Haput, Buduq və Zeyid yolları da 3 gündür bağlıdır. SİA-nın Şimal bürosunun əməkdaşı da həmin əraziyə getmək üçün çətin anlar yaşayıb. Avtomobili bir neçə yerdə qara ilişərək batıb.

Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov və işçiləri artıq ikinci gündür ki, yolu açmağa çalışsalar da, hələ buna nail olmayıblar. Əraziyə lazımi qədər işçi qüvvəsi və texnika cəlb olunub.

6 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, ərazidə təxminən 10 yerdə qar uçqunu baş verib. Qar uçqunu və çovğun baş verdiyindən yol işçilərinin dünəndən təmizlədikləri yollar da yenidən bağlanıb. Hazırda əraziyə yenidən işçi qüvvəsi və texnika cəlb olunub.

Qubanın rayon mərkəzindən 36-cı kilometrliyinə qədər yol açıqdır. 36-cı kilometrdən sonra təxminən 57-ci kilometrliyinə qədər - Xınalıq kəndinə qədər olan yol isə bağlıdır. Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov yolun imkan daxilində mümkün qədər qısa zamanda açılacağını deyir.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə