Dünya Düşüncə günü 22 fevral 1857-ci il tarixində dünyaya gələn skaut hərəkatının yaradıcısı Lord Baden Pauellin doğum gününə əlaqələndirilir. SİA-nın məlumatına görə, məhz bu gündə dünyada olan bütün skautlar (hal – hazırda isə dünya skaut hərəkatı təşkilatının 42 milyondan artıq üzvü var) skaut hərəkatının yaradıcısı olan B-P – ni (skautlar Lord Baden Paull-u qısaca bu cür adlandırırlar) yad edirlər. Həmin gündə dünyanın müxtəlif yerlərində rəsm və foto sərgiləri, müxtəlif sosial aksiyalar və bu kimi digər tədbirlər skautlar tərəfindən təşkil olunur. Əsas məqsəd isə yenə verdiyimiz skaut andının mənası haqqında və həyatımızda əsas sual olan "mən Nə əldə edəcəm" yox, məhz "mən Nə verə biləcəm"dir düşünməkdir.
Azərbaycan Skautlar Assosiasiyası Dünya Düşüncə gününü 21 fevral 2015-ci il tarixində Park Bulvar Əyləncə - Ticarət mərkəzinin 1-ci mərtəbəsində foto sərgi və Skautlar tərəfindən hazırlanmış tamaşalar təşkil etməklə qeyd edib. Foto sərgidə skautlar tərəfindən müxtəlif tədbirlər zamanı çəkilən ən yaxşı 60 foto nümayiş olunub.
Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Skautlar Assosiasiyası 1997-ci ildən fəaliyyət göstərir və ölkəmizin müxtəlif bölgələrində skaut qruplar mövcuddur. Azərbaycan Skautlar Assosiasiyası 2017-ci ildə təşkil olunacaq 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyi etmək hüququnu qazanmışlar. Konfransa dünyanın 165 ölkəsindən 1500-ə yaxın skautun qatılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə