YAP Samux rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirildi FOTOLAR

Bu gün YAP Samux rayon təşkilatının Gənclər Birliyinin konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev,Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov iştirak edib. Tədbir iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzüblər.

Sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev açaraq YAP Gənclər Birliyinin yaranma tarixindən və onun nailiyyətlərindən danışdı.Sonra konfransa sədrlik etməyi YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramova həvalə edib. Konfransın sədri G.Bayramov sözü hesabat məruzəsi ilə çıxış etmək üçün YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Rəşad Qarayevə verib.

Hesabat məruzəsində Gənclər Birliyinin sədri təşkilatın ötən konfransdan bəri gördüyü işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına geniş məlumat verib. R.Qarayev vurğulayıb ki, YAP Samux rayon təşkilatının 5040 nəfər üzvünün 1883(37.4 faiz) nəfərini gənclər təşkil edir.

Daha sonra məruzə ətrafında çıxış edən partiya fəallarından İradə Məmmədova, Arif Ağayev, Elnar Əsgərov və Pərvanə Məmmədova çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını ,ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdə olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu illərin ən böyük qələbəsi Heydər Əliyev siyasi xəttinin təntənəsidir və hazırda bu xətti ulu öndərin layiqli davamçısı Azərbaycan xalqının, Azərbaycan gənclərinin sevimlisi Prezident İlham Əliyev uğurla davam etdirir.

Tədbirdə iştirak edən Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Konfransda YAP Samux rayon təşkilatının Gənclər Birliyinin 15 nəfərdən ibarət şura üzvləri, 9 nəfərdən ibarət idarə heyətinin üzvləri seçilib. Konfrans iştirakçıları yekdilliklə Arif Ağayevi YAP Samux rayon Gənclər Birliyinin sədri və İradə Məmmədovanı sədr müavini seçiblər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bununla da konfrans öz işini başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...