Bu gün Bakı Slavyan Universiteti dünyanın 12 dilində nəşr etdiyi yeni kitabları dünya ictimaiyyətinə təqdim edib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxış edərək Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan danışıb. O qeyd edib ki, biz bunu heç vaxt unutmayacayıq və hər zaman dünyaya çatdırmaqda davam edəcəyik. Daha sonra tədbir iştirakçıları çıxış edərək ermənilərin tarixən azərbaycanlılara qarşı düşmənçilik mövqeyindən danışıblar.
AMEA-nın həqiqi üzvü, professor Kamal Abdullayevin təşəbbüsü və tövsiyyəsi ilə nəşr olunmuş kitabların müəllifi BSU-nun dosenti, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov 12 dilə tərcümə olunan kitabın müəllifidir. Kitablarda Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım – düşünülmüş şəkildə genişmiqyaslı qanı aksiya, ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın, qətlə yetirilməsi, el – obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılır.
Qeyd edək ki, hər iki kitab dünyanın 12 dilində (türk, ingilis, rus, yunan, ukrayna, fransız, alman, belarus, çex, polyak, bolqar və ivrit) dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB