Elm adamları Xocalı qurbanlarını andılar

Elm adamları Xocalı qurbanlarını andılar

Bu gün AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində Xocalı soyqırımının iyirmi üçüncü ildönümü münasibətilə tədbir keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbiri Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov açıb. Xocalı şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azər Namazov bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi və iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal etməklə bu faciəni törədiblər. Həmin tarixdə Azərbaycanın yüzlərlə övladı şəhid oldu. 7 mindən çox sakini olan Xocalının 613 nəfəri qətlə yetirildi, 8 ailə tamamilə məhv edil0bi. Xocalı sakinlərindən 1275 nəfəri əsir, 150 nəfəri itkin düşdü. İtkin düşənlərin taleyi bu günə kimi məlum deyil. Azər Namazov çıxışında qeyd edbi ki, Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 1 mart 1994-cü ildə Xocalı soyqırımına aid xüsusi Fərmanı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Fərman imzalanmışdır. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir. Ulu öndərin siyasətinin layiqli davamçısı Prezidentimiz İlham Əliyev bu gün də Xocalı şəhidlərinin ailələrinə qayğı göstərir.

İqtisad elmləri doktoru, professor Tərbiz Əliyev bildirib ki, bu qanlı hadisələrdən 23 il keçməsinə baxmayaraq xalqımız Xocalı soyqırımını ürək ağrısı ilə xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xocalı şəhidlərinin əziz xatirəsi heç zaman unudulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə