Nazir: “Yeni sistemlə vətəndaşın evinə qədər yaxınlaşılacaq” AÇIQLAMA
"Hələ bir il öncə ölkə başçısının sistemin öyrənilməsi ilə bağlı tapşırığını almışdıq. Nümayəndə heyətimiz müxtəlif ölkələrdə oldular və təcrübə mübadiləsi aparıldı. Sistemin təkmilləşdirilməsi istiqamətində işlər görüldü". Bu sözləri bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident tərəfindən 23 fevral 2015-ci il tarixində ünvanlı sosial yardımın sistemində dəyişiklik edilməsi ilə bağlı Fərmanı ilə əlaqədar olaraq keçirilən tədbir zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, artıq vətəndaşlar qurumlara müraciət etməyəcək. Belə ki, yeni sistemlə vətəndaşın evinə qədər yaxınlaşılmış olacaq və ünvanlı sosial yardıma müraciət daha da asanlaşacaq: "Texnologiya və meyarlarla bağlı təcrübə əldə edildi. Yeni sistemlə artıq sosial müdafiəyə ehtiyacı olanların qapısına qədər getməyi planlaşdırırıq. Belə ki, əhaliyə ən yaxın sistem poçt şəbəkəsidir. Bununla əlaqədar olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparıldı. Bir neçə dəfə nazirlə görüşümüz oldu. Xeyli məsləhətləşmələrdən sonra konturlar cızıldı və qərara alındı ki, hər hansı vətəndaş hansı isə qurumun qapısını döyməsin və elektron müraicət təmin olunsun. Buna görə də poçt şöbələrində şəbəkələrin yaradılması və elektron müraciət monitorlarının qurulması qərara alındı. Artıq poçt şöbələrində inform monitorları qurulur və elektron hökumət portalı vasitəsilə vətəndaşlar həmin xidmətlə təmin ediləcək".
Nazir yeni sistemlə vətəndaşların necə müraciət edəcəyi detalları ilə açıqladı. Vurğuladı ki, bu sistemlə bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Ədliyyə Nazirliyi birlikdə iş görəcək: "Poçta lazımı sənədlər təhvil edildikdən sonra digər vəzifələr nazirliyin üzərinə düşəcək. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə işlər aparacaq. Son vəziyyətlə bağlı artıq cənab prezidentə təqdimat vermişik və görüdüyü kimi də bununla bağlı qərar qəbul edildi. Ölkədə 1500- ə qədər poçt şöbəsi var. Bu o deməkdir ki, hər 3 kənddə poçt şöbəsi mövcuddur. Fiber optik bağlantılarla həmin şöbələr nazirliyə qoşulublar. Sosial müdafiəyə ehtiyacı olan şəxs notariusa ailəsində hər hansı problemin olmaması ilə bağlı vəkalətnamə verəcək. Bu vəkalətlə həmin şəxs sosial yardıma müraciət edə biləcək. Daha sonra həmin şəxs poçt şöbəsinə müraciət edəcək. Qəbul olunan sənəd Ədliyyə Nazirliyində poçt şöbələri üçün ayrılan çıxışda yoxlanılacaq. Problem olmadığı halda xüsusi elektron imza veriləcək. Elektron imza pulsuz olacaq, vəsait isə RYTN tərəfindən ödəniləcək. Xüsusi elektron imzanı alan şəxs inform şöbəsində monitordakı sualları cavablandıracaq. Ailə üzvləri və digər məlumatlar daxil olduqdan sonra, gəlirlər bəyannaməsi bildiriləcək. Burada ailədə pensiya və əmək haqqı alanların hamısı və məbləği göstəriləcək. Sistemin ilkin formatı artıq nazirlik tərəfindən hazırlanıb. Bundan sonra əmlak bəyannaməsi olacaq. Burada torpaq, ev və mal sahibliyi bəyan ediləcək. Ən sonda isə özünün doldurduğu haqqında elektron imza ilə təstiq ediləcək. Burada mobil telefon nömrəsi göstəriləcək. Mobil telefon olmadıqda ev telefonu vəya evdəki hər hansı bir şəxsin nömrəsi göstəriləcək. 1 ay müddətində həmin məlumat ƏƏSMN-ə göndəriləcək. Daha sonra RYTN bu məlumatlar yükünü ƏƏSMN üçün açıq elan edəcək. Beləliklə artıq ilkin məlumatların yoxlanılması aparılacaq. Eyni zamanda ƏƏSMN-nin mərkəzdə yerləşən qrupu qeydiyyatla bağlı məlumatı ötürəcək. Planşetlərdə nömrələmə vasitəsilə regionlarda işləyən işçilər müraciət edən şəxsin evinə gedərək maddi vəziyyətini yoxlayacaq. Məlumatlar əldə edildikdən sonra məlumatlar 3 istiqamətdə müqayisə ediləcək. Həmin ailəyə nə qədər sosial yardımın edilməsi haqqında qərar qəbul ediləcək. Daha sonra mobil telefon vasitəsilə həmin ailəyə xəbər göndəriləcək. Göndərilən sms vasitəsilə hansı kapital bankın hansı şöbəsindən plastik kartını alması ilə bağlı məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB