Xocalılar pulsuz müayinə olunacaqlar ELAN

Xocalı soyqırımının ildönümündə Xocalı sakinləri pulsuz müayinə ediləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Mərkəzi Neftçilər Xəstəxanası Xocalı soyqırımı ərəfəsində Xocalı sakinlərinin pulsuz müayinə və müalicəsini icra edəcək.

Xocalı sakinləri fevralın 26-sı saat 9:00-dan- 14:00-dək Mərkəzi Neftçilər Xəstəxanasının Poliklinika şöbəsinə şəxsiyyətlərini təsdiq edən sənədlə yaxınlaşa bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə