Fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, səhər və axşam bəzi şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB