Nyu Meksiko Qubernatorundan Xocalı məktubu

Nyu Meksiko Qubernatorundan Xocalı məktubu

ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez fevralın 23-də Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan SİA-ya verilən xəbərə görə, quruma daxil olan məktubda, Qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.

Qeyd edək ki, bu, Nyu Meksiko Qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

Bütün xəbərlər Facebook səhifəmizdə