Bakı şəhərində xidmət göstərilən yollar, prospekt və küçələrin uzunluğu 2007-ci ildə 1500 km təşkil edirdisə, 2014-cü ildə bu göstərici 1590 km-ə çatdırılıb. Bu barədə SİA-ya Nəqliyyat nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən bildiriblər.
Məlumatda qeyd olunur ki, 2006 - 2013-cü illər ərzində Bakı şəhərində yeni tikilən, yenidən qurulan və təmir olunan yolların uzunluğu 758,3 km olub. Genişmiqyaslı tikinti və yenidənqurma işləri kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB