Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən Xocalı prospekti ilə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Sabit Orucov və Afiyəddin Cəlilov küçələrindən istifadə etmələri tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB