Soyuq havanın səhhətə verə biləcəyi ziyanlardan təkcə qalın geyinməklə qorunmaq mümkün olmaya bilər. Səhhətinizi qorumaq istəyirsizsə, gərək geyimlə yanaşı, qıdalanmanıza da fikir verəsiz. xüsusilə də indi qeyd edəcəyimiz qidalara.
Bu yeməklər soyuq havalarda daha çox yeyilən ənənəvi qidalar sayılır. Halbuki, bunlar xolestrolu artırdığı üçün kifayət qədər təhlükəli sayılır. Belə yeməklərin tez-tez yeyilməsi damarların tıxanması ilə nəticələnə bilər.Bəs soyuq havalarda həm ağız dadı baxımından, həm də sağlamlığımız üçün ən faydalı qidalar hansılardır?
Soyuq havalarda menyumuzda sulu yeməklərin olması vacibdir. Belə qidalar həzmi rahatlaşdırır və orqanizmin temperaturunu tənzimləyir, həmçinin tərkibindəki tərəvəzlər də immuniteti gücləndirməyə kömək edir.
Soyuq havaların digər əvəzedilməz qidaları qan dövranını yaxşılaşdıran ədviyyatlardır. Belə ki, yeməklərə bol miqdarda istiot, darçın və zəncəfil kimi ədviyyatlar vurmaqdan çəkinməyin.
Ət yeməkləri də qışda faydalı sayılacaq qidalardandır. Ancaq çəkilmiş ətdən istifadə məsləhət görülmür. Həkimlər qırmızı ətdənsə, balıq ətinin soyuq havalarda orqanizm üçün daha faydalı olduğunu deyirlər.
Soyuq havalarda qızınmaq üçün çox vaxt adət etdiyimiz qara çay içilsə də, bu maye damarları daralda bilər. Ona görə də alternativ çaylar, xüsusilə adaçayı, itburnu və cökə çayı içmək məsləhət görülür.
Soyuq havalarda meyvələri də unutmaq olmaz. Qreyfurt, portağal və almanın həm özü, həm də şirəsi soyuq havalarda sağlamlıq üçün əvəzedilməz hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB