İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən bildiriblər ki, monitorinq zamanı Bakının Xətai, Suraxanı, Nizami rayonlarında, Sumqayıt, Goranboy, Şirvan, Yevlax, Kürdəmir, Şamaxı, Masallı, Şəki, Zaqatala və Ağdam şəhərlərində mağazalarda istehlaka yararsız məhsullar aşkarlanaraq məhv edilib.
Məlumatda istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB