İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmet Elp Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyində olub. AMEA-dan bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonağa muzeyin ekspozisiyası və yeni nəşrləri barədə ətraflı məlumat verib.
Hüseyn Cavidin yaradıcılığına böyük maraq göstərdiyini söyləyən H.Elp görkəmli ədibin irsinin Türkiyədə təbliği istiqamətində görülən işlərdən söz açıb. H.Cavidin "İblis" əsərinin İstanbul Bələdiyyə Teatrında səhnələşdirildiyini və tamaşaçılar tərəfindən yüksək maraqla qarşılandığını bildirib.
Sonra qonaq Azərbaycan-Türkiyə mədəni əlaqələrini özündə əks etdirən "Serhat Kültür" jurnalını muzeyə hədiyyə edib.
G.Babaxanlı qonağa "Hüseyn Cavid. Əsərləri. 5 cilddə" külliyyatını təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB