"İnşaatçılar" stansiyasının 1-ci çıxışında (Yasamal ATS-i tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır. Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
N. Paşayev deyib ki, qeyd olunan istiqamətdə 3 saylı eskalator 24 fevraldan təmirə dayandırılacaq.
Qeyd edək ki, əsaslı təmirin 22 may tarixində başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB