Fevralın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB