Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Abu-Dabi şəhərində keçirilən "IDEX-2015" Beynəlxalq müdafiə sərgisində iştirak etmək məqsədilə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 21-22 fevral 2015-ci il tarixlərində BƏƏ-də işgüzar səfərdə olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan yeni texnika və avadanlıqlara baxış keçirilib, həmçinin sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB