Xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşüb

Xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən "Kitab Klubu"nun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, "Şöhrət" ordenli xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşüb. SİA-nın məlumatına görə, ADPU-nun böyük akt zalında keçirilmiş görüşdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, universitetin müəllimləri və 400-ə yaxın tələbə iştirak edib.

Görüşdə tələbələrə yazıçının yaradıcılığı haqqında geniş məlumat verilib. Eyni zamanda Çingiz Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Tələbələrlə söhbət zamanı o, gənc nəsildə mütaliəyə marağın az olmasından narahat olduğunu bildirərək, klassik və müasir yazıçılarımızın əsərlərini və dünya ədəbiyyatını oxumağı tövsiyə edib. O, həmçinin mütaliənin gənc nəslin dünyagörüşünün genişlənməsində, söz ehtiyatlarının zənginləşməsində tutduğu vacib rolu bir daha qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə