Əhmədli və Günəşlidə elektrik enerjisi kəsilib

“Azərişıq” ASC qəzanın baş verdiyini təsdiq edib
Əhmədli və Günəşlidə elektrik enerjisi kəsilib

Bu gün səhərdən başlayaraq Bakının Əhmədli, Günəşli yaşayış massivlərində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb. SİA-nın əməkdaşının "Azərişıq" ASC-nin Xətai rayon şöbəsindən əldə etdiyi məlumata görə, enerjinin kəsilməsinə əlverişsiz hava şəraitinin yaratdığı qəza səbəb olub: "Güclü külək Əhmədli yarımstansiyasında dayağı əyib. Hazırda orada təmir işləri aparılır. Ona görə oradan qidalanan ərazilərdə enerji kəsilib. Hazırda Maştağa, Nardaran, Zabrat, Sabunçu qəsəbələrində problem aradan qaldırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə