Qahirədə "Xocalıya Ədalət" şüarı altında aksiya keçirib

Qahirədə "Xocalıya Ədalət" şüarı altında aksiya keçirib

Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq AR-in Misirdəki səfirliyinin dəstəyi ilə Qahirə universitetinin "İqtisadiyyat və Siyasi elmlər" fakültəsinin yüzə yaxın tələbəsi Misirin Qahirə şəhərində yerləşən və ölkənin ən böyük istirahət parkı olan "Əl-Əzhər" parkında Xocalıya Ədalət şüarı altında aksiya keçirib. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən SİA-ya verilən məlumata görə, aksiya çərçivəsində misirli tələbələr tərəfindən üzərində "Light a Fire to Fight the Liar" və "Justice for Khojaly" yazısı olan hava şarları havaya buraxılıb və tələbələr bununla da öz həmyerlilərinin diqqətini bu soyqırıma yönəldib.

Eyni zamanda, aksiya çərçivəsində misirli tələbələr toplu halında, insanların kütləvi şəkildə toplaşdığı parkın ərazisində şamlar yandıraraq, Xocalı şəhidlərinə öz ehtiramlarını nümayiş etdiriblər.

Bundan əlavə, parkın ərazisində "Justice for Khojali" yazısı olan sözlər tələbələr tərəfindən nümayiş olunub.

Aksiya çərçivəsində ətrafdakılara Xocalı faciəsini əks etdirən flayerlər paylanılıb və Ermənistan Silahlı qüvvələri tərəfindən Xocalıda dinc Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım barədə məlumat verilib.

Qeyd etmək lazımdır ki, keçirilən aksiya misirlilərlə yanaşı Misir mətbuatının da diqqətini cəlb edib və aksiya Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.

Xocalıya Ədalət kampaniyası çərçivəsində silsilə tədbirlər davam etdirilir.

http://www.3ageel.net/2015/02/20/بالصور-طلاب-جامعة-القاهرة-ينظمون-وقفة.html

https://arbindex.com/C2riso

https://www.elfagr.org/1658794

http://www.albawabhnews.com/1127316

http://www.vetogate.com/1488664

http://www.n66m.net/mix/115097.html

Bütün xəbərlər Facebook səhifəmizdə