Qar kəsəcək PROQNOZ

Sabahdan başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə fevralın 23-dən ölkə üzrə havanın temperaturu yüksəlməyə başlayacaq.

Fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu mərkəzi Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə