Lənkəran Xocalı faciəsi ilə bağlı sərgi açılıb

Lənkəran Xocalı faciəsi ilə bağlı sərgi açılıb

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23- cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı bəşəriyyətin ən böyük cinayət aktıdır"mövzusunda rəsm əsərlərinin sərgisi açılıb. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, sərgidə Mərkəzin rəsm studiyası üzvlərinin Xocalı soyqırımını və eyni zamanda xalqımızın mübarizlik əzmini əks etdirən əl işləri nümayiş etdirilib. Tədbirin açılışında faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Mərkəzin direktoru Seyidzadə Şəfiyeva, rəsm studiyasının rəhbəri Aygün İbrahimova və şəhər Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov təqdim olunan sərginin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolu barədə danışıblar.

Qeyd olunub ki, hər bir tarixi proses o zaman xalqın tarixi yaddaşına həkk olunur ki , baş vermiş hadisələr eyni zamanda sənət əsərlərinin mövzusuna çevrilir. Tarixən Azərbaycan xalqının yaradıcı insanları milli faciələri gələcək nəsillərə çatdırmaq , milli mənlik şüuruna həkk etmək üçün güclü təsirə malik sənət əsərləri yaradıblar. Bu günki sərgi 1992-ci ilin 26 fevralında Xocalıda törədilən və insanlığa sığmayan soyqırımın rənglərin dili ilə tamaşaçıya çatdırılması böyüməkdə olan gənc nəslin Vətən amalını çox uca və müqəddəs tutduqlarının bariz nümunəsidir.

Sərgi 5 gün nümayiş etdiriləcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə