Hollandiyada çıxan tanınmış "Holland Times" qəzetinin bu yaxınlarda nəşr olunan nömrələrindən birində həm Xocalı faciəsi, həm də "Xocalıya ədalət" kampaniyası haqqında məqalə nəşr olunub. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzindən SİA-ya verilən xəbərə görə, sözügedən məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlılara qarşı erməni silahlılarının həyata keçirdiyi kütləvi qırğın haqqında təfsilatı ilə, - ölən, yaralananlar və itkin düşənlərin sayı, qırğında iştirak edən qüvvələr göstərilməklə, - məlumat verilib.
Daha sonra məqalədə 2008-ci ilin may ayının 8-də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş "Xocalıya Ədalət" kampaniyası, onun məqsəd və vəzifələri haqqında məlumat verilib.
Yazıda hal-hazırda dünyanın müxtəlif ölkələrində "Yalanla mübarizə üçün alov yandır" (Light a Fire to Fight the Liar) devizi altında kampaniya çərçivəsində həyata keçirilən tədbirlərdən, eləcə də dünya ictimaiyyətini Xocalı faciəsini "insanlığa qarşı cinayət" və "soyqırımı aktı" kimi tanımağa çağıran petisiyaya qoşulma təşəbbüsü haqqında da məlumat verilib. Sözügedən məqalə ilə bu linkdən tanış olmaq olar.
http://www.thehollandtimes.nl/article/953/justice-for-khojaly
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB