Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə "Terrorizmlə mübarizə" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 21-də Səudiyyə Ərəbistanına səfər edəcək. İdarənin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq konfrans fevralın 22-24-də Məkkədə İslam Aləmi Liqasının təşkilatçılığı ilə keçiriləcək.
Otuzdan artıq müsəlman ölkəsinin din, elm və ictimai xadimlərinin qatılacağı tədbirdə şeyxülislam məruzə ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB