“Narkomaniya ümumbəşəri bəladır” FOTOLAR

Şirvanda anti-təbligat tədbiri keçirilib
“Narkomaniya ümumbəşəri bəladır” FOTOLAR

Şirvan şəhərində yerləşən 16 sayli orta məktəbdə polis şöbəsinin və təhsil şöbəsinin birgə hazırladıgı anti-narkomaniya təbligatı maarifləndirmə tədbiri keçirilib. SİA-nin Aran bürosunun verdiyi məlumata görə, tədbirdə təhsil şöbəsinin müdiri Paşa Nəbiyev, polis şöbəsinin rəisi Şahin Mirzəyev, şagirdlər, valideyinlər, müəllimlər iştirak ediblər.

Təhsil şöbəsinin müdiri Paşa Nəbiyev çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib.

Tədbirdə Şirvan şəhər polis şöbəsinin rəisi Şahim Mirzəyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılması üçün hələ 1996-ci ildə Ulu Öndərimiz Heydər Əliyev fərman imzaladı və qanun qəbul edildi. 2005-ci ildə həmin qanuna dəyişiklik edilərək müvafiq qurumların narkomniyaya qarşı mübarizəyə qoşulmasına qanunda yer verildi. Buna baxmayaraq narkamaniya ümum bəşəri bəla olduğu üçün Azərbaycanda bu xəstəliyə 20 min nəfər düçar olanlar rəsmi qeydiyyata alınıb. Şirvan şəhərində də narkomaniya düçar olanlar vardır və bunların sayı 800 nəfərdir. 600 nəfər rəsmi 200 nəfər isə proflaktik qeydiyyatdadir. Şirvan polis şöbəsi 2014-cü ildə narkamaniyaya qarşı mübarizədə 55 fakt aşkarlayıb, 4 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Şirvan şəhərində narkotikdən istifadə edən yeniyetmələr qeydiyyata alınmayıb. Məlumat üçün bildirirəm ki, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə digər dövlətlərlə müqayisədə ciddi şəkildə aparılır. Dünyada 113 marşurur üzrə narkotik daşınır. Təəssüf ki, bir neçə marşurut Azərbaycandan keçir. BMT-nin hesabatında qeyd olunur ki, narkotikdən milyardlarla pul əldə olunur. Bu gün dünyada ən çox narkotik vasitə olan eroinin istehsal edən respublika Əfqanstandır. Bu gün hər birimiz bu ağır ümum bəşəri bəlaya qarşı mübarizə aparmalıyıq. Çünki narkotik satan cinayətkarların eyni zamanda istifadəçilərin ifşa olunub həbs edilməsində ictimaiyyətin dəstəyinə ehtiyac vardır. Ona görə bütün gəncləri, valideyinləri narkamaniyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarına yardımçı olmağa çağırıram. Gələcəyimiz olan gənclərimiz naminə.

Tədbirdə həkim Dilavər Qurbanov da çıxış edərək narkotikin insan sağlamlığına ciddi məhv edici ziyan vurmasından və müalicə yollarindan ətraflı danışdı. Görüş gənclərin sual cavabları ilə diskusiya şəkilində sona çatdı.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə