ADU-da politoloq Vəfa Quluzadə ilə görüş FOTO

Fevralın 20-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika mərkəzində Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadə ilə görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun İnformasiya Resurs Kompleksinin müdiri Şəhla Xudiyevanın təşkilatçılığı ilə keçirilən görüşdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

Görüşdə "Dünya geosiyasətində güc balansı" adlı mövzu ilə çıxış edən politoloq bu mövzunun önəmli olduğunu qeyd etdi. Uzun illər ərzində dövlətlərin daim bir-biri ilə müharibələr etdiyini söyləyən V. Quluzadə hal-hazırda dövlətlər arasında öz geosiyasi maraqlarını qorumaq istiqamətində mübarizələrin aparıldığını bildirib. Politoloq V. Quluzadə müharibələr zamanı dövlətlərin yürütdüyü siyasət haqqında danışaraq mövzunun geniş təhlilini verib.

Sonda politoloq iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...