"Ailə Məcəlləsinə əlavə və dəyişiklik olunub. Bu əlavə və dəyişikliyə görə, artıq nigaha girən şəxslər nigah öncəsi icbari tibbi müayinədən keçməlidirlər". SİA-nın məlumatına görə, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Onun sözlərinə görə, Prezidentin tapşırığı ilə tibbi müayinə qaydası, şərtləri və hansı xəstəliklərə qarşı tibbi müayinədən keçilməsi ilə bağlı siyahı hazırlanır. Artıq ilin ikinci yarısından etibarən icbari tibbi müayinə ilə nigaha müraciət edənlərin rəsmi nigahı qeydə alınmayacaq: "Tibbi müayinənin qaydası, şərtləri, tibbi müayinədən hansı xəstəliklər üzrə keçiləcəyi ilə bağlı siyahı Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanıb iyunun ayının 1-ə qədər bitirildikdən sonra, bu ilin ikinci yarısından etibarən artıq deyilən əlavə və dəyişikliklərlə birlikdə qüvvəyə minəcək. Əgər əlavə və dəyişikliklər qüvvəyə mindikdən sonra kimsə VVADQ orqanlarına arayış təqdim etmirsə ki, onlar icbari tibbi müayinədən keçiblər, onların rəsmi nigahı qeydə alınmayacaq".
Musa Quliyev qanunun icrası vaxtının uzadılması məsələsinə də münasibət bildirib. Qeyd edib ki, bu ciddi bir məsələdir və 3 etaplı bir mərhələdən keçdikdən sonra qanun icra olunacaq: "Qanunun uzanması ilə bağlı olaraq heç bir problem yoxdur. Sadəcə olaraq birinci növbədə xəstəliklərin siyahısı hökumət tərəfindən razılaşdırılmalıdır. Yəni təkcə Səhiyyə Nazirliyi bu qərarı verə bilməz. Digər bir məsələ isə, arayışın forması razılaşdırılmalıdır. Üçüncü və ən əsas məsələ isə müəyyən qədər əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Eyni zamanda bu işi aparacaq həkim və tibb personalının təcrübəsinin artırılması və ümumi bir mərkəzləşdirilmiş qaydada bu işin aparılma metodikasının müəyyənləşdirilməsi üçün vaxt lazımdır. Amma bütün səhiyyə müəssisələri, bütün rayonlarda bu işi görmək üçün hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB