Qanunun təbliği ilə bağlı konfrans keçirilib Yenilənib - Fotolar

Qanunun təbliği ilə bağlı konfrans keçirilib Yenilənib - Fotolar

Bu gün "Sağlam ailə - sağlam cəmiyyət – güclü dövlət" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın məqsədi nikaha daxil olan şəxlərin nikahdan əvvəl tibbi müayinə keçməsi ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-İVQD nömrəli Qanunun təbliğidir. Təbirdə təşkilatçı qurumların rəhbərliyi, dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər və mətbuat nümayəndələrinin iştirak edib. Tədbirdə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qanunun Azərbaycan ailə cəmiyyətinə verəcəyi əhəmiyyətindən danışıb. Qeyd edib ki, qanun üzərində qurumların fikir və təklifləri müzakirə olunur.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova vurğuladı ki, sağlam ailə sağlam cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Sağlam cəmiyyə isə sağlam dövlət quruculuğunu təmin edir. Daha sonra çıxış edən millət vəkilləri Kamilə Əliyeva, Sevinc Hüseynova və digər rəsmilər qanununun əhəmiyyətindən danışıblar. Qanunun ölkədə çoxdan gözlənilən olduğunu, inkişaf etmiş ölkələrdə bir neçə il əvvəl tətbiq olunduğunu vurğulayıblar. Belə ki, artıq iyunun 1-dən etibarən ailə qurmaq istəyən gənc ailələr tibbi müayinədən keçəcəklər. Onların xəstəlikləri barəsində hər iki tərəf məlumatlandırılacaqlar. Nəticədə irsi keçən xəstəliklərin qarşısı alınmış olacaq.

Tədbirin təkilatçılarında olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə, həyata keçiriləcək qanunun dövlət tərəfindən atılan mühüm hadisə olduğunu ifadə etdi. Qeyd etdi ki, bundan sonrakı məsələlər qurumlar tərəfindən həll ediləcək, ən sonda isə fərdlərin üzərində sosial məsuliyyət dayanır ki, bu da hər bir vətəndaşın özündən asılı olan bir məsələdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə jurnalistlərə verdiyi açıqlamasında qanunla bağlı görülən işlərdən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə