Sahibə Qafarova: “Qanunun ailə prinsiplərimizə böyük dəstəyi var” AÇIQLAMA
"Bu gün Azərbaycan güclü bir dövlətdir. Dövlətimizin daha güclü olması üşün güclü cəmiyyətə və güclü ailəyə ehtiyac var". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Sahibə Qafarova bu gün keçirilən "Sağlam ailə - sağlam cəmiyyət – güclü dövlət" adlı konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, biz də digər inkişaf etmiş ölkələrdə olduğu kimi öz gələcək sağlamlığımızla bağlı özümüz addımlar atmalıyıq: "İnkişaf etmiş ölkələrə fikir versək görərik ki, insanların özü öz ailəsinin gen daşıyıcılığına və sağlamlığına fikir verirlər. Biz də öz sağlam ailə mədəniyyətimizə diqqət yetirməliyik".
Sahibə Qafarova həmçinin vurğuladı ki, nigah öncəsi gənclərin tibbi müayinə olunması ilə bağlı qanuna uyğun olaraq maarifləndirmə işləri aparılmalıdır. Təbliğata hətta orta məktəblərdən başlamaq lazımdır: "İnsanların bu qanunun qəbul olunmasına baxmayaraq təbliğata böyük ehtiyacı var. Ölkə ərazisində bu qanunla bağlı böyük təbliğat və maarifçilik tədbirləri görməliyik. Qeyri – hökumət təşkilatları ilə birlikdə biz bu işlərin öhdəsindən gələ bilərik. Məktəblərdə, universitetlərdə bununla bağlı konfranslar keçirməliyik. Qanunun gələcək ailə prinsiplərimizə böyük dəstəyi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB