Aynur Sofiyeva: “Qanunun icraçıları Ədliyyə və Səhiyyə Nazirlikləridir” AÇIQLAMA
"Səhiyyə Nazirliyinin hazırladığı siyahıda müəyyən dəyişikliklər aparmaq lazımdır. Qeyd etmək istəyirəm ki, bu çox ciddi məsələdir". Bu sözləri bu gün Bakıda keçirilən "Sağlam ailə - sağlam cəmiyyət – güclü dövlət" adlı konfrans zamanı jurnalistlərə verdiyi açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
Onun sözlərinə görə, artıq nigah öncəsi tibbi müayinədən keçməklə bağlı qanunun icrasına dair artıq qurumlara tapşırıqlar verilib. Artıq qanun iyunun 1-də həyata keçiriləcək: "Burda vacib nüansların hamısı nəzərə alınmalıdır. Ona görə də məsləhət olundu ki, bunun icrasına vaxt verilsin. Cənab Prezident sərəncam verdi və qanun qəbul olunandan sonra müvafiq qurumlara tapşırıqlar verildi. Əlbətdəki buna hazır olunmasaydı hazırda bu istiqamətdə işlər aparılmazdı. Lazım olduğu vaxtda bütün aidiyyatı qurumlar bu işin icrasına hazır vəziyyətdə olacaqlar. İyunun 1-də həyata keçiriləcək olan qanunvericilik layihəsində əsas məqsəd odur ki, dövlət müəsisələrində müayinələr pulsuz olacaq. Amma bu istiqamətdə dəqiqləşdirmələr aparılır. Kəndlərdə bu arayışı almaq çox güman ki, mümkün olmayacaq. Çünkü analizlərin bir çoxu şəhər və rayon mərkəzlərində aparılmalıdır. Düşünmürəm ki, bu hər hansı bir problemə gətirib çıxara bilər".
Aynur Sofiyeva vurğuladı ki, sağlam ailə təməllərinin qurulması üçün kəndlərdə də layihə gerçəkləşdiriləcək. Qanunun icrası ilə bağlı Səhiyyə və Ədliyyə Nazirlikləri iş görür. Komitə isə maarifləndirmə işlərini həyata keçirir: "Sağlam ailə təməlinin qurulması üçün rayon mərkəzinə, hətta paytaxta da gəlmək lazımdır. Gələcəkdə kəndlərdə də belə bir layihə gerçəkləşə bilər. Bildiyimiz kimi, Azərbaycan hər gün inkişaf edir, imkanlarımız artır və şərait genişləndikcə də bu istiqamətlərdə işlər daha da sürətlənir. Qanunu icra edən orqanlar Ədliyyə Nazirliyi ilə Səhiyyə Nazirliyidir. Amma biz bir komitə olaraq və digər aidiyyatı qurumları maarifləndirmə istiqamətində işlər aparırıq. Çünkü maariflənmə məsələnin həllinin 50 faizini təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB