Qanunun təbliği ilə bağlı konfrans keçirilib

Qanunun təbliği ilə bağlı konfrans keçirilib

Bu gün "Sağlam ailə - sağlam cəmiyyət – güclü dövlət" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Konfransın məqsədi nikaha daxil olan şəxlərin nikahdan əvvəl tibbi müayinə keçməsi ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-İVQD nömrəli Qanunun təbliğidir. Təbirdə təşkilatçı qurumların rəhbərliyi, dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər və mətbuat nümayəndələrinin iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə