Vergilər naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Vergilər naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Vergilər naziri Fazil Məmmədov Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun məlumatına görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

İqbal Mikayilov.

Bütün xəbərlər Facebook səhifəmizdə