Cənub bölgəsində yağıntının intensivləşməsi Lənkəran-Lerik yolunda sürüşmə aktivliyini artırıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, nəticədə magistral yolun 17-18 və 20-22-ci km-də torpaq sürüşməsi qeydə alınıb. Ən acınacqlı vəziyyət isə magistral yolun 18-ci km-də yaranıb. Belə ki, yoldan keçən sürücülərin sözlərinə görə, gecə saat 3:00 radələrində rayonun Hamarmeşə kəndi ərazisində baş verən sürüşmə magistral yolun qismən bağlanmasına səbəb olsa da, bu uzun çəkməyib. Lerik 43 saylı yol-istismar idarəsinin əməkdaşları və kənd sakinlərinin köməkliyi ilə yolda hərəkət bərpa edilib.
Sürüşmə baş verən ərazidə yolun daralması daha çox sürücülərin işini çətinləşdirsə də, bundan başqa sürüşmə nəticəsində elektrik dirəklərinin sıradan çıxması bir neçə kəndin elektrik enerjisiz qalmasına səbəb olub.
Yolda hərəkətin intensivliyi bərpa olunsa da, sürüşmə təhlükəsi hələ də qalmaqdadır. Hazırda 43 saylı yol-istismar idarəsinin ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəmləşdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometroloji müəssisəsindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti fevralın 22-nə kimi davam edəcək. Yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimlı var.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB