Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Dövlət qulluqçusu: Milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Giriş sözü ilə çıxış edən Universitetin prorektoru Rafiq Baxşalıyev qonaqları salamlayaraq, dövlət qulluğuna yüksək ixtisaslı gənclərin cəlb edilməsini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn 2013-cü ildə 29710 nəfərin dövlət qulluğunda işlədiyini qeyd edib: "Hazırda bu istiqamətdə insan resursunun çoxaldılması prosesi getməkdədir. Bu yöndə gənclərin bilik və savadlı olması bizim işimizi bir qədər asanlaşdıra bilər. Namizədlərin bacarıqları ilə qoyulan tələblərin uzlaşdırılması prosesindən başlayır. Hazırda gənclərin hansı ixtisas üzrə təhsilini bitirdiyini və hansı vəzifələrdə çalışa bilməsinə önəm veririk. Belə olan halda düşünürük ki, namizədlərin peşəkarlığı daha da artırıla bilər. 2013-2014-cü illər ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xətti ilə 55 min-dən artıq namizəd dövlət qulluğunda çalışmaq üçün imtahanında iştirak edib ki, bu onlara qanunvericilik sahəsində biliklərinin təkminləşdirilməsinə gətirib çıxarıb. Eyni zamanda son illərdə dövlət qulluğuna olan yüksək maraq da danılmazdır. Hazırda 5 minə yaxın namizəd işlə təmin olunmuş və dövlət qulluqçusu adı qazanıb. Gəncləri bir sıra məsələlər düşündürür ki, gələcək illərdə qarşılarında olan mövcud baryerlərin aradan götürülməsi üzərində çalışırıq".
Tədbir diskusiyalar şəraitində davam edib.
İntizarə MəmmədovaBu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Dövlət qulluqçusu: Milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Giriş sözü ilə çıxış edən Universitetin prorektoru Rafiq Baxşalıyev qonaqları salamlayaraq, dövlət qulluğuna yüksək ixtisaslı gənclərin cəlb edilməsini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn 2013-cü ildə 29710 nəfərin dövlət qulluğunda işlədiyini qeyd edib: "Hazırda bu istiqamətdə insan resursunun çoxaldılması prosesi getməkdədir. Bu yöndə gənclərin bilik və savadlı olması bizim işimizi bir qədər asanlaşdıra bilər. Namizədlərin bacarıqları ilə qoyulan tələblərin uzlaşdırılması prosesindən başlayır. Hazırda gənclərin hansı ixtisas üzrə təhsilini bitirdiyini və hansı vəzifələrdə çalışa bilməsinə önəm veririk. Belə olan halda düşünürük ki, namizədlərin peşəkarlığı daha da artırıla bilər. 2013-2014-cü illər ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın xətti ilə 55 min-dən artıq namizəd dövlət qulluğunda çalışmaq üçün imtahanında iştirak edib ki, bu onlara qanunvericilik sahəsində biliklərinin təkminləşdirilməsinə gətirib çıxarıb. Eyni zamanda son illərdə dövlət qulluğuna olan yüksək maraq da danılmazdır. Hazırda 5 minə yaxın namizəd işlə təmin olunmuş və dövlət qulluqçusu adı qazanıb. Gəncləri bir sıra məsələlər düşündürür ki, gələcək illərdə qarşılarında olan mövcud baryerlərin aradan götürülməsi üzərində çalışırıq".
Tədbir diskusiyalar şəraitində davam edib.


İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB