Təhsil Nazirliyinin təşkilatçılığı ilə 40-a yaxın media nümayəndəsi cəbhə bölgəsinə göndərilib. Media nümayəndələri cəbhə bölgəsindəki orta məktəblərdəki vəziyyətlə tanış olublar. Bu gün də Ağdam rayonunun düşmənlə təxminən 1 kilometr məsafədə yerləşən Qaradağlı kənd orta məktəbində oldular. Bu məktəbdə 323 şagird təhsil alır, 49 müəllim heyəti çalışır. Qaradağlı kəndi onlarla şəhid vermiş kənddir. Media nümayəndələri məktəbdəki vəziyyətlə tanış olan müddətdə də ermənilər güllə atan zaman atışma səsləri gəlirdi.
Hazırda media nümayəndələri Tərtər rayonunun Qapanlı kəndindədirlər. Onlar burada düşmənlə təmas xəttindən təxminən 600 metr məsafədə yerləşən orta məktəbdəki vəziyyətlə tanış olurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB