YAP GB-də yeni layihə FOTOLAR

Bu gün YAP Gənclər Birliyinin Ofisində "Beynəlxalq münasibətlər və Diplomatiya" layihəsinin açılış tədbiri keçirilib. YAP GB-dən SİA-ya verilən xəbərə görə, layihənin müzakirə mövzusu "Beynəlxalq münaqişələr konteksində tətbiq edilən nəzəriyələr" olub. Layihəni giriş sözü ilə açan YAP Gənclər Birliyi Ofisinin koordinatoru Əli Qənbərli gənclərə beynəlxalq münaqişələr, onların yaranma səbəbləri, spesifik xüsusiyyətləri barədə məlumat verib, münaqişələr zamanı tətbiq edilən "Cücənin oyunu", "Məhbus dilemması", "Maral ovu", "Kollektiv təhlükəsizlik" nəzəriyyələrindən danışaraq, onların əhəmiyyətini vurğulayıb, həmin nəzəriyyələrin Dağlı Qarabağ münaqişəsinə tətbiqindən danışıb. Sonra tədbir diskussiya formatında davam edib. Qeyd edək ki, layihə YAP Gənclər Birliyinin Ofisində həftədə bir dəfə olmaqla 3 ay davam edəcək. Sonda layihədə iştirak edən gənclərə YAP Gənclər Birliyi tərəfindən diplomlar təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə