Tələbələr “Xocalıya ədalət” kampaniyasına qoşuldular FOTOLAR

Tələbələr “Xocalıya ədalət” kampaniyasına qoşuldular FOTOLAR

Milli Aviasiya Akademiyasının (MAA) tələbələri "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasına qoşularaq, genişmiqyaslı aksiya keçiriblər. SİA xəbər verir ki, aksiya təşkilatçılarından olan MAA-nın Aerokosmik fakültəsinin 4-cü kurs tələbəsi Xanım Əliyevanın sözlərinə görə, aksiya çərçivəsində 100-dən çox MAA tələbəsi əllərində "Xocalıya ədalət" şüarı ilə akademiyanın həyətində toplaşıblar. Tələbələr öz düzülüşləri ilə "Xocalıya ədalət" kampaniyasının adını ingilis dilində ("Justice for Khojaly") yazıblar.

X.Əliyeva onu da vurğulayıb ki, kampaniyanın ingilis dilində də təbliğ olunmasının əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Xocalıda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə cəlb etməkdir.

Aksiyanın fotoşəkillərinin müəllifi olan MAA-nın Nəqliyyat texnologiyaları fakültəsinin 4-cü kurs tələbəsi Cavid Əliyevin sözlərinə görə, hazırlanmış fotoşəkillər ümumi videoçarx formasında toplanaraq "youtube" və digər böyük internet resurslarında yayımlanacaq.

Qeyd edək ki, Xocalı faciəsinin qarşıdan gələn ildönümü ilə əlaqədar Azərbaycan və müxətlif xarici ölkələrdə bir sıra anım tədbirləri, aksiyalar həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə