Daria Smurova AMEA-da görüş keçirib

Daria Smurova AMEA-da görüş keçirib

PR Newswire şirkətinin nümayəndəsi Daria Smurova AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində olmuş, mərkəzin rəhbərliyi və əməkdaşları ilə görüşüb. SİA-nın məlumatına görə, Elmi İnnovasiyalar Mərkəzinin (EİM) Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qonağa mərkəzin fəaliyyəti, görülən işlərlə bağlı ətraflı məlumat verib. Daria Smurova bildirib ki, dünya informasiya bazarında liderlik edən PR Newswire şirkəti 1854-cü ildə ABŞ-da yaranıb. Hazırda dünyanın 16 ölkəsində ofisi fəaliyyət göstərən bu şirkət jurnalistlər, investorlar, biznes və cəmiyyət arasında əlaqəni təmin edir. 700 min jurnalisti öz ətrafında birləşdirən, 60 mindən çox müştərisi olan PR Newswire şirkəti gün ərzində 1500 press-relizi 40 dildə 170 ölkəyə yayır. İki qurum arasında gələcəkdə qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə