Azad Rəhimov qəbul keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Qusar şəh, Mirzə Vəliyev küçəsi, Qusar Olimpiya Kompleksinin yaxınlığı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı fevralın 20-dən 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba - 050(055)-235-77-88

Qusar - 055-435-76-16

070-317-24-13

Siyəzən - 055-213-94-28

050-569-43-76

Şabran - 055-612-26-62

Xaçmaz - 050(070)-235-77-57

Bütün xəbərlər Facebook səhifəmizdə