Diplomat cəbhədəki gərginlikdən danışdı

A.Lukaşeviç: "Təmas xəttində gərginlik ATƏT-in üzvü olan bütün ölkələrinin can atdığı məqsədə yaxınlaşmağa imkan vermir"
Diplomat cəbhədəki gərginlikdən danışdı

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik ATƏT-in üzvü olan bütün dövlətlərin can atdığı məqsədə yaxınlaşmağa imkan vermir. Bu fikri fevralın 19-da brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç səsləndirib.

Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə fəal kömək etdiyini bildirən A.Lukaşeviç deyib: "Özü də bu iş təkcə Minsk qrupunun həmsədrləri səviyyəsində deyil, həm də ikitərəfli əlaqələr, Rusiya Prezidentinin Ermənistan və Azərbaycan liderləri ilə dialoqu səviyyəsində görülür. Bu da irəliləyişə kömək edən ciddi amildir".

Bütün xəbərlər Facebook səhifəmizdə