Azərbaycanda zəlzələ olub

Azərbaycanın Lerik rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zələlə yerli vaxtla saat 16:57-də Lənkərandan 19 km qərbdə qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 15 km olub. Zəlzələ episentrdə 3 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə