Samuxda "Dolu" FOTO

Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə 19 Fevral 2015-ci ildə Samux rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş "Vətən məni çağırsa "adlı gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə tədbir təşkil edilib. SİA-nın xəbərinə görə, tədbirdə Samux rayon İcra Hakimiyyəti müavini Kəmalə Xəlilova,Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbər və kollektivi,Samux rayon Təhsil Şöbəsinin nümayəndələri,eləcə də rayonun bütün ümümtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başladı.Daha sonra Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə çıxış edərək, xalqımıza qarşı törədilən bu faciənin tarixi haqqında iştirakçılara məlumat verdi və bildirib ki,tədbirin keçirilməsində əsas məqsəd Xocalı həqiqətlərini şagirdlərin yaddaşına həkk etməkdən,gənclərə vətənpərvərlik ruhunu aşılamaqdan ibarətdir.

Samux rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İradə Məmmədova da öz çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etməsini,etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım olduğunu bir daha vurğulayıb.

Tədbir "Dolu"filminin nümayişi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə