Fevralın 19-da Azərbaycan Dillər Universitetində universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı harayı" adlı tamaşa nümayiş olunub. ADU-dan SİA-ya verilən xəbərə görə, tamaşa Pedaqoji (ingilis dili-alman dili) fakültənin 204b qrup tələbəsi Gülnar Xəlilovanın ssenarisi əsasında adıçəkilən fakültənin tələbələrinin iştirakı ilə təqdim olunub.
Tamaşanın nümayişindən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Xocalı soyqırımında həlak olmuş insanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Pedaqoji (ingilis dili-alman dili) fakültənin II kurs tələbələri Elnurə Cəfərzadə "Xocalı qisası" adlı şeir söylədi, Anara Məmmədova Xocalıda baş verən hadisələr, soyqırımda həlak olan insanlar haqqında ətraflı məlumat verib.
Sonra iştirakçılar "Xocalı harayı" adlanan tamaşanı izlədilər. Tamaşada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımda xalqın başına gətirilən zülmlər, millətin məruz qaldığı işgəncələr, didərgin düşmüş Xocalı sakinlərinin acınacaqlı vəziyyəti əks olundu. Tamaşa Azərbaycanın gələcəyinə, Xocalı, o cümlədən digər işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılacağına böyük ümid və əminliyin ifadəsi ilə yekunlaşıb.
Nümayişindən sonra ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Xocalı soyqırımının xalqın ən qanlı tarixi olduğunu və bu tarixin içərisində böyük ümid yarandığını dedi. Bu gün bu tarixi xatırladan gənclərin yaşının Xocalı soyqırımına bərabər olduğunu söyləyən rektor Səməd Seyidov bu qanlı xatirəni bizə çatdıran tələbələrin buna canlı tarix kimi yanaşdıqlarının vacib amil olduğunu nəzərə çatdırdı. Azərbaycanın gözəl gəncliyi, müdrik siyasəti, mərd Prezidenti olduğuna görə xalqın daim yaşayacağı, Qarabağın, Xocalının və digər işğal altında olan torpaqlarımızın geri qaytarılacağından əminliyini ifadə edən rektor Səməd Seyidov əzəli Azərbaycan torpaqları olan Ermənistanın da yenidən ölkə ərazisinə birləşdiriləcəyini qeyd etdi. Bu faciədə əzilməyən xalqın dirçəldiyini, gücləndiyini deyən rektor Azərbaycanın gücünü dünyaya göstərəcəyini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tamaşanın yüksək səviyyədə təşkil olunduğunu və ürəyin incə telləri oyatdığını söylədi. Tamaşanın çox təsirli bitidiyini söyləyən M. İbrahimqızı Azərbaycanın gələcəyinə böyük ümidlər doğuran gənclərin yetişdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB