Günahsız "Canilər" MÜNASİBƏT-FOTOLAR

Günahsız "Canilər" MÜNASİBƏT-FOTOLAR

Bu gün cəmiyyətdə baş verən neqativ, xoşagəlməz hallar bəzən insanların yanlış qərar qəbul etməsinə səbəb olur. Dünyada və ölkəmizdə bir çox cinayət hadisələri baş verir. Lakin məhkəmə öz hökmünü oxumadan bəzi televiziya və mətbuat orqanları, hadisəni həmin şəxsin törədib, törətmədiyin asılı olmayaraq onu "cinayətkar" kimi təqdim edirlər. Bu nədən irəli gəlir?

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev SİA-ya açıqlamasında bildirib ki, hər hansı şəxsin haqqında məhkəmə qərarı olmadan bəzi KİV-i polis araşdırmasında olan şəxsi günahkar bilib, "cinayətkar" adlandırması doğru deyil: "Azərbaycan Respublikasının qanunvericiliyə görə barəsində məhkəmə hökmü olmayan adama cinayətkar demək olmaz. Həmin işin harada araşdırılmasından asılı olmayaraq əgər məhkəmə qərarı yoxdursa həmin şəxsi belə adlandırmaq düzgün deyil. Çünki yanlış təqdim olunma həm günahlandırılan insanın özünə, həm də yaxınlarına çox pis təsir edə bilər. Hesab edirəm ki, əgər televiziya və ya mətbuat orqanları yanlışlığa yol verirsə o zaman onlara xəbərdarlıq edilməlidir. Çünki bu hərəkət jurnalist etikasına uyğun deyil".

Milli məclisdə insan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva: "İnsanların günahı təsdiqlənmədən medianın onu cinayətkar adlandırması hüquqi savadsızlıqdan irəli gəlir. Ancaq bəzən elə də olur ki, məhkəmə qərarı gözlənilmədən işin nəticəsi müəyyən qədər bilinir. Çünki elə cinayətlər var ki, qabaqcadan aydın olur ki, bu insanlar suçludur. Lakin ümumi götürdükdə məhkəmə öz hökmünü oxuyana qədər o şəxsləri cinayətkar adlandırmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə