Yardımlıda 2014-cü ilin yekunları müzakirə edilib

Yardımlıda 2014-cü ilin yekunları müzakirə edilib

Yardımlı rayonunun 2014-cü ildə sosial- iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yığıncaq iştirakçları öncə dahi lider Heydər Əliyevin abidəsini ziyarət edərək,önünə gül təstələri düzüblər. Daha sonra mədəniyyət evinin foyesində rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisinə baxış keçirilib. Rayonun idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 2014-cü ildə görülən işlər barədə məruzə edib. Bildirib ki, respublikanın digər bölgələri kimi,Yardımlı rayonu da inkişaf dövrünü yaşayır. Belə ki, rayon ərazisində tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının çəkilişi və körpülərin inşası, müasir üslubda inzibati binaların, eyni zamanda yeni məktəb binalarının, bağçaların tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilir.

Belə ki, Rayonun "Biləzəmi" adlanan ərazisində Heydər Əliyev Fondu hesabına müasir tələblərə tam cavab verən 55 yerlik körpələr evi- uşaq bağçası inşa olunaraq istifadəyə verilib. Bununla da rayonda körpələr evi-uşaq bağçasının sayı dördə çatdırılıb. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Möhtərəm Prezidentin qayğısı və göstərişi əsasında icra hakimiyyəti üçün yeni binanın tikintisinə qərar verilib. Bina 2015-ci ildə istifadəyə veriləcək. Rayonda bir çox tikililərlə yanaşı, uzun müddət istismarda olduğu üçün tam yararsız vəziyyətə düşmüşdü.2012-ci ildə şəhərin Heydər Əliyev küçəsində torpaq sahəsi ayrıldı və tikinti işlərinə başlanıldı. Rayon Polis şöbəsinin də inzibatı binası 2014-cü ilin aprelində istifadəyə verilib. Burada şöbənin əməkdaşlarının iş fəaliyyəti üçün bütün şərait yaradılıb.

Rayonda idmanın kompleks şəkildə inkişaf etdirilməsi məqsədilə Ölkə Prezidentinin tapşırığına əsasən 2013-cü ilin sonlarında müasir idman kompleksinin tikintisinə başlanıldı və 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Bundan başqa əvvəllər tam boş sahə olan şəhərin Nizami küçəsində olan "Biləzəmi" adlanan ərazi artıq tikinti meydanına çerilib. Rayonun genişləndirilmiş layihə planında bu ərazidə idarə və müəssisələr üçün müasir inzibatı binaların tikintisi planlaşdırılır. Hazırda, rayonun kənd təsərrüfatı idarələri üçün üç mərtəbədən ibarət, bütün lazımi avadanlıqlara təchiz olunacaq inzibatı bina inşa olunur və bina 2015-ci ildə istifadəyə veriləcək. Son illər ərzində əhalinin əksəriyyətinin istifadə etdiyi yerli əhəmiyyətli avtomobil yollarının Viləş çayı üzərindən keçən hissəsində 3 yerdə - Yardımlı-Hamarkənd-Abbasabad, Yardımlı-Bozayran-Vərgədüz-Sırıq avtomobil yolunda yükgötürmə qabiliyyəti 100 ton və Şəhərin Əsədabad və Ünəç küçələri arasında, Viləş çayı üzərində kiçik tutumlu maşınlar üçün yükgötürmə qabiliyyəti 30 ton olan müasir avtomobil körpüsü inşa olunub və əhalinin istifadəsinə verilib. İsitfadəyə verilən körpülərdən ümumilkdə 18 yaşayış məntəqəsinin 20 minə yaxın əhalisi istifadə edir. Bununla da son üç ildə tikilən avtomobil körpülərinin sayı 6-ya çatıb. Digər körpülər Sırıq-Horavar, Separadi-Teşkan və Urakəran-Qaraqaya kəndləri arasında inşa olunub.

2014-cü ildə Ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənablarının müvafiq sərəncamları ilə uzunluğu 38 km olan Yardımlı-Deman-Arvana və uzunluğu 15 km olan Yardımlı-Hamarkənd–Abbasabad yerli əhəmiyyətli avtomobil yolu istifadəyə verilib.

Ölkə Prezidentinin 2014-cü ili "Sənaye ili" elan etməsi, rayonda sürətli inkişafı fonunda bir sıra sahələrlə yanaşı, sənayenin inkişafı üçün də münbit şərait yaradıb. Rayonda "Limonad, su, kompot və mürəbbə sexi" istifadəyə verilib.Müəssisədə 30-a yaxın sakin işlə təmin olunub. Hazırda müəssisədə işçilərin orta ayılq əmək haqqı 314 manatdır.

2014-cü ildə rayon üzrə 86 milyon 912 min manatlıq ümumi məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çox, 2003-cü illə müqayisədə 9,5 dəfə çoxdur. Bu müddətdə 661 min 300 manatlıq sənaye, 34 milyon 923 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, 2014-cü ildə rayonda 319 daimi yeni iş yerləri yaradılıb ki, onlardan 270-i fiziki, 49-u isə hüquqi şəxslərdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə