Sular kəsiləcək DİQQƏT

Gəncədə suya görə ödənişlər edilmir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti ilə abonentlər arasında yaranan problemlər getdikcə dərinləşir. Məsələ burasındadır ki, əhalinin suya görə olan borcu artır, ödənişlərin səviyyəsi isə qurumu qane etmir. Cəmiyyət tərəfindən son bir ay ərzində əhaliyə 13 mln kub metr su verilib ki, bunun qarşılığında 65 min abonentdən yığım səviyyəsi 65% olub. Xəbərdarlıq xarakterli bildirişlərin paylanmasına baxmayaraq, yığım səviyyəsini artırmaq olmur. Buna görə də su təsərrüfatının işçiləri vəziyyətdən çıxış yolunu ödəniş etməyən abonentlərə suyun verilməsini dayandırmaqda görür.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə