“İşğal vadisi” romanının təqdimat mərasimi keçirildi

“İşğal vadisi” romanının təqdimat mərasimi keçirildi

"Bu gün BMM də Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə Yusif Kərimovun müəllifliyi ilə "İşğal vadisi" tarixi roman kitabının təqdimat merasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Xocalı soyqırımı ətəfəsində keçiriləcək tədrlər planından danışıb: "Bu ərəfədə Türkiyə və Azərbaycan jurnalistlərinin birgə diskussiyalar keçirməsini nəzərdə tutmuşuq. Bu gün ictimaiyyətə təqdim olunan kitab əsrlər boyu ermənilər tərəfindən xalqımızın başına gətirilən hadisələri özündə birləşdirir. Dil üslubu olduqca sadə olan "İşğal vadisi" romanı gənc nəslə bir hədiyyədir.

Daha sonra çıxış edənlər Yusif Kərimovun sadə, zəhmətkeş insan olduğunu bildirərək, roman haqqında yüksək fikirdə olduqlarını qeyd ediblər. Qeyd olunub ki, bir ustadın qələmindən çıxan tarixi romanın personajlarında bir çox insanların taleyi öz əksini tapır. Belə ki, romanla tanış olanda sanki Yusif müəllimin gənclik illərini, o dövrün ağrılı-acılı günlərini görmüş olduq.

Tədbir KİV nümayəndəlarinin kitab haqqında təəssüratlarının bölüşməsi ilə davam etdirildi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə