Marka Tsalka etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdə yeni təyin olunmuş səfiri Marka Tsalka ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
Marka Tsalka diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB