Bu gün Avropa Gənclər Klubları Konfederasiyasının Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən növbəti baş assambleyası öz işinə yekun vurub.Gənclər üçün Təhsil Mərkəzindən SİA-ya verilən xəbərə görə, Assambleya çərçivəsində Konfederasiyasının 2014-cü ildə həyata keçirdiyi işlərin hesabatı dinlənilib və görülən işlərə qiymət verilib. Tədbirdə qurumun 2015-ci il üçün yeni strategiyası və layihələri müzakirə edilib, vacib qərarlar qəbul edilib.
Qeyd edək ki, Azərbaycanı bu nüfuzlu beynəlxalq təşkilatda yerli gənclər təşkilatı - Gənclər üçün Təhsil Mərkəzi təmsil edir. Mərkəz 2012-ci ildə Konfederasiyanın müşahidəçi, 2013-cü ildə isə tam hüquqlu üzvü olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB